Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın Rəşadətli Ordusu qarşısında 44 günlük müharibədə ağır məğlubiyyət yaşayan Ermənistanın qorxduğu başına gəlir.

Publika.az xəbər verir ki, Ermənistan tərəfindən Azərbaycana vurulan zərər çoxdan hesablanmağa başlanıb. İşğaldan azad edilən bölgələrdə aparılan monitorinqlər müşayiətində beynəlxalq məhkəmələrdə Ermənistan hökumətini həm Azərbaycan hökuməti, həm də zərərçəkənin kompensasiya tələbi ilə məhkəməyə verməsi planlaşdırılır.

Aparılan araşdırmaya görə, Ermənistanın işğaldan sonra bölgəyə vurduğu zərərin maddi qarşılığı 800 milyard dollara yaxındır. Lakin hazırda iqtisadi burulğanda sovrulan və Dağlıq Qarabağı itirməsi ilə daha da çətin vəziyyətə düşən Ermənistanın bu kompensasiyanı ödəyəcək gücü yoxdur. Buna görə də bu kompensasiyaya alternativ olaraq Azərbaycana torpaq verilməsi variantı masadadır. Bu variant ilk dəfə erməni siyasətçi, Milli Təhlükəsizlik Şurasının sabiq sədri David Şahnazaryan tərəfindən dilə gətirilib. O, baş nazir Nikol Paşinyanın yenidən masaya oturacağını və “Zəngəzuru Azərbaycana veririk” deyəcəyini irəli sürmüşdü. Buna səbəb olaraq pullarının olmadığını dilə gətirmişdi.





Azərbaycanın Dağlıq Qarabağa görə açacağı məhkəmələrdə tələb edəcəyi kompensasiya ilə bağlı rusiyalı mütəxəssislər də Zəngəzuru işarə edir.

Beynəlxalq münaqişələr mütəxəssisi Yevgeni Mixailov Ermənistanın Azərbaycan torpağına vurduğu zərbələrdən bəhs edərək yağmalanan abidələrin, məzarların və şəhərlərin beynəlxalq hüquqa uyğun olaraq işğalçı ölkənin veriləcəyi məhkəmə prosesinə daxil edilməli olduğunu vurğulayır. O, Azərbaycana verilən zərərin açıqlanandan qat-qat artıq olduğunu düşünür: “İrəvanın pulu yoxdur. Borc alsa, bir neçə nəsil boyunca əsarətdə qalacaq. Qarabağ müharibəsi zamanı dünyanın hər yerindən erməni iş adamları Azərbaycandan ermənilər üçün Qarabağ ərazisini almağı təklif etdilər. Buna əsaslanaraq, İrəvana Zəngəzuru Bakı üçün əhəmiyyətli olan digər strateji bölgələri verməsini təklif edə bilərik. Yalnız gelə bir addım işğalın hesabını ödəyə bilər”.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı