Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,


2020-ci ilin əvvəlindən bəri dünyanın 30 ölkəsində 83 media işçisi öldürülüb.

Bu barədə İsveçrənin qeyri-hökumət təşkilatı olan “Press Emblem Campaign”in (PEC) Cenevrədə yayımlanan illik hesabatında deyilir.

Hesabatda vurğulanıb ki, ən çox Hindistanda KİV əməkdaşının öldürülməsi faktı qeydə alınıb – 13 nəfər. Meksikada isə 11 jurnalist öldürülüb. Mətbuat üçün ən təhlükəli ölkələr arasında təşkilat həmçinin Pakistanı (8 nəfər), Əfqanıstanı (5), İraqı (5), Filippini (4) və Hondurası (4), Venesuelanı (3), Nigeriyanı (3), Suriyanı (3), Braziliyanı (2), Qvatemalanı (2), Liberiyanı (2) və Somalini (2) fərqləndirib. Daha 16 ölkədə isə 1 media işçisi öldürülüb.

PEC-nin məlumatına görə, ötən il 75, son 10 ildə isə 1 180 jurnalist öldürülüb. Bundan əlavə, 2020-ci ilin martından bəri 520-dən çox mətbuat işçisi koronavirusa yoluxma səbəbindən ölüb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir