Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu barədə millət vəkili, tanınmış kardioloq həkim Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, qripal və koronavirusa yoluxan şəxslər ilkin mərhələdə “Favipiravir” dərmanını hər 12 saatdan bir 8 tabletka qəbul edərlərsə, mütləq faydasını görərlər. Bu, artıq dünya praktikasından uğurla çıxıb”.

O, əlavə edib ki, bundan əlavə olaraq xəstələr ilk mərhələdə “Arbidol”, “Arbivir”, “Arbiflyu”, “Tamoflyu” kimi dərmanları qəbul edərlərsə, tez bir zamanda sağalarlar. Yəni xəstəliyin ağır fəsadlarını yaşamadan sağalarlar. Mən əmin edirəm ki, əgər xəstələr ilkin mərhələdə bu dediyim dərmanları qəbul edərsə, xəstəxanaya müraciət edənlərin sayı 99 faiz azalar”.

R. Mahmudov onu da bildirib ki, kimsə laqeyd yanaşıb vaxtı keçdikdən sonra qəbul edərsə bu elə də ciddi fayda vermir.

DOSYE.ORG

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir