Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Badamdar qəsəbəsi üzrə 1,2 və 3-cü yaşayış massivlərində 7.8 km uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq bitib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərlərə görə, Səbail rayonu Badamdar qəsəbəsinin 1-ci yaşayış massivində ümumi uzunluğu 2.9 km olan Vaqif Mustafazadə,Cənub, Mirzə Şəfi Vazeh və Natəvan küçələri, həmçinin Qəburstanlıq yolunda, 2-ci yaşayış massivində ümumi uzunluğu 2.4 km olan Bağlar döngəsi, 2 və 9-cu döngələr, həmçinin 4,5 və 11-ci küçələr, 3-cü yaşayış massivində isə ümumi uzunluğu 2.5 km olan 26, 28, 30, 32 və 33-cü küçələrdə aparılan təmir işləri yekunlaşıb.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşdırılıb.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Səbail rayonunda ümumi uzunluğu 6 km olan 7 küçədə təmir işləri aparılıb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı