Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

2019-cu ilin statistikasına əsasən, Azərbaycanda səhiyyə və sosial xidmətlərin göstərilməsində qadınların sayı kişilərdən 54,8%, təhsildə 47,6% və istirahət, əyləncə və incəsənət fəaliyyətdə isə 23,3% çoxdur.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.

Məlumatda qeyd olunur ki, məşğul qadınların 82%-i iqtisadiyyatın 5 sahəsində çalışır. Bütün məşğul qadınların 42,1%-i kənd təsərrüfatında, 18,2%-i ticarət sektorunda, 11,7%-i təhsildə, 6,1%-i səhiyyə və sosial xidmətlərdə, 3,5%-i isə emal sənayesində işləyir.

Qadınlar siyasi sahədə də fəaliyyət göstərir. Hesabata əsasən, ölkədə rəsmi qeydiyyatdan keçmiş 61 siyasi partiyanın seçkili orqanları və rəhbər strukturlarında təmsil olunanların 23%-i qadındır.

DOSYE.ORG

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir