Araz Abdullayevin komandası kubokda mübarizəni dayandırdı –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” Superliqa təmsilçisi “Antalyaspor”la qarşılaşıb.

Rəqibinə minimal hesabla uduzan 1-ci liqa təmsilçisi kubokda mübarizəni dayandırıb. Görüşdə yeganə qolu 52-ci dəqiqədə Gökdeniz Bayraktar vurub.

Araz da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Abdullayev 55-ci dəqiqədə əvəzlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp