Azərbaycanda tanınmış müğənni koronavirusa yoluxdu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə müğənni özü sosial media hesabında məlumat yayıb :

“Nə qədər qorunsam da, bütün deyilənlərə əməl etsəm də bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olaraq rahat insanların arasına çıxır, ətrafdakıları da yoluxdurur. Biz sənət adamları bəzən məcburuq hansısa tədbirlərdə, çəkilişlərdə iştirak edək. Bu vecsiz insanların ucbatından biz də yoluxuruq. Mən indi məcburam ki, bütün işimi gücümü atım, evə qapanım. Çünki ətrafımdakıları da düşünürəm, yazıqdır axı bu insanlar! Niyə bu vəziyyətin ciddiliyinə varmırsınız”,- deyə Xatun yazıb.





Qeyd edək ki, indiyədək bir çox məşhur müğənnilər Lalə Məmmədova, Manaf Ağayev, Elçin Hüseynov da koronavirusa yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp