Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke sabiq futbolçunun ölümündə ittiham olunur.

Bu barədə  AS-a istinadən xəbər verir.

Məlumata görə, Maradonanın qohumları Lukeni sabiq futbolçunun ölümündə ittiham ediblər.

İddia olunur ki, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir