Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi – Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

Hər üç tələbə koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. Hadisə onlar işdən evə gedərkən baş verib. Tələbələrdən ikisi hadisə yerində, Tuncay Məmmədov isə xəstəxanada keçinib.

Qəzada yaralanan digər tələbə İlkin Ağamirzəyev hazırda Bakıda özəl xəstəxanaların birində müalicə olunur. Onun vəziyyətinin də ağır olduğu deyilir.




Qəzada həlak olan tələbələr Tuncay və Yeganənin fotolarını təqdim edirik.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı