Kosaçevdən ŞOK AÇIQLAMA: Bu, müharibəyə səbəb olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdə böyük bir müharibəyə səbəb ola bilər”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev qeyd edib.

“Bu cinayətin arxasında kim dayanırsa dayansın, bölgədəki vəziyyəti dəyişməyə hədəfləyən bir terror hücumu kimi qələmə vermək olar. Bu səbəbdən hazırda bir çox şey əlbəttə ki, İranın qətllə bağlı istintaqının obyektivliyi və reaksiyasından, beynəlxalq ictimaiyyətin münasibətindən asılıdır”, – K.Kosaçev vurğulayıb.





ABŞ mətbuatında yer alan döyüş gəmiləri qrupunun İran körfəzinə qayıtmaq üçün əmr verilməsi xəbərini xatırladan Kosaçev, bu əmrin Fəxrizadə sui-qəsdindən əvvəl verildiyini və ABŞ Mərkəzi Komandanlığının ötən həftə təcavüzün qarşısını almaq, təhlükəsizlik və sabitliyi təmin etmək üçün F-16 donanmasının Almaniyadan BƏƏ-yə göndəriləcəyini açıqladığını bildirib.

“Bütün bunlar görkəmli nüvə aliminin qətlindən qaynaqlanan genişmiqyaslı müharibənin hazırlığına dəlalət edir”, – komitə sədri əlavə edib.

Akqabay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp