Ağdam yolu minalardan təmizlənir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam şəhərinə gedən avtomobil yolunun ətrafında minatəmizləmə əməliyyatını həyata keçirir.

ANAMA-dan Publika.az-a bildirilib ki, artıq işğaldan azad edilən ərazilərdə 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir. Ərazidə həm əllə, həm də mexaniki təmizləmə maşınları vasitəsilə təmizləmə əməliyyatı aparılır. Növbəti gün əraziyə minaaxtaran itlər də cəlb olunacaq. Əməliyyat-axtarış tədbirləri qısa zamanda yekunlaşacaq. Daha sonra Ağdam şəhəri ərazisində təmizləmə əməliyyatı davam etdiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp