Onun həbs müddəti yenidən uzadıldı –
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.
Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu il aprelin 29-da Biləsuvar rayon İcra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə o vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.DOSYE.ORG