DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 21-də saat 20 radələrində Bərdə şəhəri ərazisində Tərtər rayon sakini R.Rəhimlinin idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini Ədalət Camalovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Daha sonra “VAZ-21011″də yanğın baş verib.
Ə.Camalov və R.Rəhimlinin sərnişini, həmyerlisi Samir Abbasov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
R.Rəhimli və sərnişinləri olan daha 3 nəfər xəstəxanaya yerləşdiriliblər.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.