Güclü yağış Xaçmazın kəndlərini işıqsız qoyub –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Bir neçə gün əvvəl rayon ərazisində yağan güclü yağış selə və subasmalara səbəb olub.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov bildirib ki, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır: “Yağış 200-dən artıq evə və təsərrüfata ziyan vurub. Xaçmaz şəhərinin bəzi küçələrində sel suları evlərin zirzəmilərinə və alt mərtəbələrə dolub, həyətyanı sahələri su basıb. Artıq yüzdən artıq ev və həyətindən sular xüsusi nasoslar vasitəsilə çəkilib”.

Onun sözlərinə görə, güclü yağış rayon ərazisinin 80 faizində elektrik enerjisinin təhcizatında da fəsadlara səbəb olub: “Görülən tədbirlər nəticəsində artıq problemlərin bir hissəsi həll edilsə də, rayonun 30-dan çox kəndində (Qaraçı, Niyazoba, Hülövlü kəndləri istiqamətində) elektrik enerjisinin verilişi bərpa olunmayıb. Nabran istiqamətində olan yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi təmin olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp