Rusiya 5 ölkənin Təhlükəsizlik Şurasını toplayır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Video əlavə olunub.

xxx

Noyabrın 17-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının saytında məlumat verilib.





Video-konfrans vasitəsi ilə keçiriləcək iclasda KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə qarşı problemlər və təhdidlər müzakirə ediləcək.

İclas zamanı narkotik ticarətinə qarşı mübarizə, hərbi və hərbi-texniki əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə səylərinin koordinasiyası, həmçinin terrorçu və əlaqəli ekstremist ideologiyanın yayılmasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək.

Məlumata görə, iclasa Rusiya rəhbərlik edəcək. Rusiyanı isə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edəcək.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp