Başqasının evində yaşayan bir gün oranı tərk edir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Zahid Oruc

İndi Kəlbəcər şəhərinin yandırılması 90-cı illərdə Zəngilanın, Qubadlının, Laçının, Füzulinin, bir sözlə bütün ərazilərimizdəki erməni barbarlığının 30 il sonra övladları tərəfindən təkrar olunur. Dünya bir millətin şəhərlərə və kəndlərə, maddi və mənəvi sərvətlərə necə divan tutduğunu görür, yanaraq külə çevrilən Azərbaycan tarixini soyuq nəzərlərlə seyr edir.

Ermənilər Roma İmperiyasının titullu hərbi-siyasi rəhbərləri olan əcdadlarından bəhs etməyi sevirlər. Bəli, qədim bir sivilaziyasını o vaxt 6 gün ərzində yandırıb məhv edənlərin qəddar genetikası yenidən 21-ci əsrdə genetik oyanışa məruz qalıb.





Müzəffər Ordumuzun şanlı qələbəsi erməniləri Kəlbəcərdən çıxmağa məhkum edir. Axı özgəsinin evində yaşayanlar bir gün oranı tərk etməli olurlar. Arxada qoyub getdikləri mənzərə onların gerçək milli kimliyinin qara izləridir. Lakin o kül altındakı torpaqlarda Azərbaycanın mərd oğul və qızlarının qurucu əlləri ilə yüz minlərlə yeni evlər tikiləcək, kəndlər və şəhərlər salınacaq, hamının isindiyi Vətən inşa olunacaqdır!

Min illər tarixi olan, odu müqəddəs sayan millətimin ev yandırmaq ənənəsi yoxdur! Çünki ocaq müqəddəsdir! Sözün hər iki mənasında…

Zahid Oruc – Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp