Sabahın hava proqnozu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İyunun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-averilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yagmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu