Putindən Lavrova Qarabağla bağlı TAPŞIRIQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinə (XİN) Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT strukturları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və UNESCO-nu məlumatlandırmağa davam etməyi tapşırıb.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Prezidenti həmçinin XİN rəhbəri Sergey Lavrova Rusiyanın ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarına və beynəlxalq təşkilatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məlumat verməyi tapşırıb.

Öz növbəsində Rusiyanın xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, Moskva Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmalarla bağlı ABŞ və Fransanı məlumatlandırıb:





“Biz həmkarlarımızı, ilk növbədə bizimlə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı ətraflı məlumatlandırdıq. Mən Fransanın Xarici İşlər naziri ilə danışdım, vəziyyəti və göstərdiyimiz səyləri ətraflı açıqladım. Biz həmçinin amerikalı həmkarlarımızla da danışmışıq. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən göstərilən və noyabrın 9-da razılaşmanın imzalanmasına imkan verən bütün səylər barədə tamamilə məlumatlandırılıb”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə keçirdiyi iclasda Müdafiə Naziri Sergey Şoyqu, XİN rəhbəri Sergey Lavrov, FTX rəhbəri Aleksandr Bortnikov, FHN rəhbəri Yevgeni Ziniçev iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp