Nazir generalı vəzifədən azad etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.

Publika.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.





Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp