Beynəlxalq ictimaiyyət Ermənistanı bu cinayət əməllərindən çəkindirməlidir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Bundan əvvəl 3 dəfə atəşkəslə bağlı razılığa gəlindi. Azərbaycan bu atəşkəsin prinsiplərinə əməl etdi, Ermənistan isə hər dəfə bu prinsipləri pozdu. Məlum olduğu kimi, birinci razılaşmadan sonra Gəncə raket atəşinə tutuldu. Bu gün də Ermənistan bu təxribatlara davam edir”.

Publika.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov sabah həmsədrlərin dəvəti ilə Xarici İşlər nazirlərinin Cenevrədə keçiriləcək görüşünə münasibətini ifadə edərkən deyib.

Onun sözlərinə görə, bu günə kimi baş verənlər göstərdi ki, Ermənistan atəkəs rejiminə əməl etmək istəmir: “Buna baxmayaraq, bu dəfə də Azərbaycan görüşlərdə iştirak edəcək və həmişə olduğu kimi atəşkəs prinsiplərinə əməl edəcək. Burada əsas günahkar Ermənistandır. Hər dəfə atəşkəs barədə razılığa gəlinir, amma Ermənistan bu atəşkəsi hər dəfə pozur. Əvvəlki təcrübəyə əsasən demək olar ki, bu görüşlərdəndə elə çox gözləntilər yoxdur”.





C.Məmmədov qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiqləri artırmalıdır, onu bu cinayət əməllərindən çəkindirməlidir: “Bildiyiniz kimi, dünən yenidən ermənilər Bərdəyə hücum etdi, bizim bir neçə vətəndaşımız qətlə yetirildi. Onların içərisində azyaşlı uşaq da var. Yəni Ermənistan hərbi cinayətlərə bu gün də davam edir və biz ümumi prinsiplərdən çıxış edərək deyə bilərik ki, Ermənistan həmişəki kimi, yenə də təxribatlara davam edəcək. Ona görə də Ermənistana qarşı konkret müəyyən sanskiyalar tətbiq olunmalıdır, prosedurlara başlanılmalıdır ki, Ermənistan raket atmasın”.

Ermənistanın müharbəni dayandırmaq istəmədiyni deyən C.Məmmədov hesab edir ki, Ermənistanın atəşkəsə nail olmasında əsas məqsədi güc toplamaq və yenidən Azərbaycana qarşı hücum etməkdir: “Bu gün Müdafiə Nazirliyinn yaydığı bəyanatda bir daha görsəndi ki, Ermənistan bu həmlələrdən əl çəkmək fikrində deyil. Ermənistan yenə də eyni qaydada Azərbaycan torpaqlarını işğal altında saxlamaq, yeni ərazilər işğal etmək niyyətindədir. Amma Azərbaycan danışıqlarda iştirak edəcək. Azərbaycanın şərtləri məlumdur. Azərbaycanın istəyi odur ki, bizim torpaqlarımız tez bir zamanda işğaldan azad olunsun. Ümid edirik, Ermənistan nə vaxtsa bunu anlayacaq, ondan sonra sülh təmin oluna bilər”.

Şamo Emin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp