“Samsung”un rəhbəri dünyasını dəyişdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Samsung” konserninin sədri Li Kun Hi ölüb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, 2014-cü ildən sonra infarkt keçirən Kun Hi uzun illərdi ki, xəstəliklə mübarizə aparırdı. Onun 78 yaşında olduğu bildirilib.
Qeyd edək ki, 1987-ci ildən bəri “Samsung Group”un sədri olan Li Kun Hi 2016-cı ildə “Forbes”in hesablamasına görə Cənubi Koreyanın ən zəngin şəxsi olub. 2020-ci ildə onun sərvətinin dəyəri 20.9 milyard dollara bərabər olub
DOSYE.ORG

The post “Samsung”un rəhbəri dünyasını dəyişdi appeared first on .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp