“Qarabağ” “Zirə” ilə oyunda xal itirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son matçında “Qarabağ” “Zirə”nin qonağı olub.

Qarşılaşmada hesab açılmayıb və komandalar 1 xala razılaşıblar. 68-ci dəqiqədə Ağdam klubunun heyətində Rahil Məmmədov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.





Bu heç-heçədən sonra xallarını 9-a çatdıran qonaqlar 4-cü pilləyə yüksəlib. 11-ci xalını qazanan “qartallar” isə 3-cü sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, bu gün keçirilən ilk oyunda “Sabah” öz meydanında “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. İlk oyun günündə “Qəbələ” evdə “Səbail”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. “Neftçi” isə səfərdə “Keşlə”yə qalib gəlib – 1:0.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp