Valideynlərini itirmiş uşaqlara təqaüd veriləcək –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov Gəncəyə gedib.

O, Gəncədə Ermənistanın raket hücumuna məruz qoyduğu ərazilərə baş çəkib, sakinlərlə görüşüb.

Baş nazirin müavini jurnalistlərə açıqlamasında bildirib ki, Gəncədə terror hadisələri zamanı zərər çəkmiş ailələrə yardım göstəriləcək.

Onun sözlərinə görə, valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib və bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp