Kəlbəcər və Laçın onlara verilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

PKK terror təşkilatı Dağlıq Qarabağ bölgəsində 7 düşərgə qurub.

Publika.az xəbər verir ki, düşərgələrdə PKK və təşkilatın Suriyadakı qoluna daxil olan “Nubar Ozaryan Taboru” terrorçularının qaldığı bildirilir.

Düşərgələrin koordinatı Ermənistan ilə Dağlıq Qarabağ arasındakı logistika koridoru olan Laçın-Kəlbəcər xəttində yerləşir. Qarabağın ən məhsuldar su qaynaqlarının yerləşdiyi bölgədə həm də yeraltı sərvətlər mövcuddur. Qızıl və bürünc başda olmaqla, 155 müxtəlif mədən yatağı beynəlxalq qurumlar tərəfindən işlədilir. Təşkilat Suriyada olduğu kimi burada da bu qaynaqlara nəzarət edir.

Mövcudluqları gizlədilmir

PKK-çıların Laçındakı yerlərinin biri düşərgədən başqa, mərkəz kimi fəaliyyət göstərir. Burada silah anbarları, xüsusi təlim üçün meşəlik ərazi və mərkəzi qərargah var. Adını 2017-ci ildə Rakkada öldürülən TİKKO-nun liderindən alan “Nubar Ozaryan” Taborunun terrorçularının əsas mərkəzi Kəlbəcərdir. Terror təşkilarının yayım orqanları PKK-nın bölgədəki mövcudluğunu gizlətmir.

Düşərgələrdəki terrorçuların şəxsiyyətləri Azərbaycan kəşfiyyatı tərəfindən müəyyənləşdirilir.





13 ildir Qarabağa sızırlar

Ermənistan 2008-ci ildən bəri Şimali İraqdan qaçan terrorçuları Qarabağa yerləşdirir. 1992-ci ildən bəri işğal altında olan Kəlbəcər və Laçın Ermənistanla bölgənin əlaqəsi baxımından kritik əhəmiyyətə sahibdir.

Dünyanın hər tərəfindən terrorçular var

Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşən “Nubar Ozanyan” Taborunda dünyanın hər tərəfindən terrorçular gəlir. Bir yunan media qurumuna açıqlama verən taborun komandanı Nubar Melkonyan qrupun Hələb, İngiltərə, Fransa və ABŞ-dan gələn erməni könüllülərdən ibarət olduğunu söyləyib. Melkonyan gələn könüllülərin erməni dili və mədəniyyəti haqqında bilgisiz olduğunu, taborda bu şəxslərə təlimlər keçirildiyini qeyd edib. Başqa bir müsahibəsində isə erməni muzdlularının Rasulayn, Təl-Təmr və Əbdüləziz dağı da daxil olmaqla, Haseki bölgəsində döyüşdüyünü söyləyib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp