Ermənilər Paşinyanın arvadını biabır etdilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın “vətənpərvər” ruhuna hesablanmış fikirləri erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb. O, ərinin uğursuz şəkildə rəhbərlik etdiyi erməni ordusundakı itkiləri doldurmaq üçün xalqa çağırış edib. Anna yazıb: “əziz erməni kişiləri, cəbhəyə doğru tələsin. Dünyaya ermənilərin nələrə qadir olduğunu göstərməyin vaxtı çatıb”.

Müxalif erməni saytları bu cür şablon, “vətənpərvər” çağırışlardan çox ortaya real, uğurlu iş qoymağı vacib sayıblar.

Akopyanın sözlərini onun hərbi formadakı fotoları ilə paylaşan məşhur erməni “Facebook” səhifələrindən birində təhqir və ağır ittihamlarla dolu geniş müzakirələr açılıb. Şərhlərdə daha çox Sorosun əlaltısı kimi təqdim edilən Paşinyanın ailəsinə nəzarəti itirdiyi qeyd edilir. Daha çox diqqət çəkən məqam isə yüzlərlə bəyənmə gələn şərhlərdəki Nikola aid karikaturalar olub. Bu cür təhqirlərlə öz aqressiyasını bildirən xeyli sayda erməni Paşinyanın özünün və komandasının ön cəbhədə olmasını vacib sayıb.

Akopyana gələn etiraz şərhlərinin bir neçəsini oxuculara təqdim edirik.

Armen Aramyan adlı istifadəçi Ermənistan hökumətinin nazir və məmurlarının fotokollajını paylaşaraq qeyd edir ki, əvvəlcə döyüşə Sorosun erməni komandasını göndərin.

Anaida Koryan adlı istifadəçi isə yazır ki, Paşinyanın arvadının müharibə çağırışları yersizdir, onun döyüşlər, müharibə haqqında anlayışı belə yoxdur: “Biz erməni qadınları hazırda baş verənləri böyük ağrı ilə izləyirik. İtirdiyimiz kişilər geri dönməyəcəklər, hamısı da həyat təcrübəsi olmayan azyaşlı oğlanlardır”.

Arusyak Şahverdiyan yazıb: “Anna xanım sizdən xahiş edirik ki, ərinizə təsir edəsiniz işindən getsin. Bəlkə də yaxşı rəhbər deyilsiniz, imkan verin bu işləri bacaranlar gəlsinlər. Cavan oğlanlarımız qırılır, bu ağır günahdır!”

Şərhlərin əksəriyyəti gənclərin kütləvi şəkildə qırılmaları ilə bağlı olsa da, bəziləri erməni cəmiyyətini bu hala düşməsinin səbəbini axtarıb. Sveta Martirosyan qeyd edib ki, “sosial şəbəkələrdə bir-birinizi qırmaqdan utanmırsınızmı? Bu cür ittihamlarla, söz davaları ilə türkləri (azərbaycanlıları – red) sevindirmiş olursunuz. Hamımız silaha sarılmalıyıq, yoxsa vətənimizin sonu gələcək”.

Xatırladaq ki, bu, Paşinyan ailəsinin sosial şəbəkələrdəki ilk qıcıq yaradan paylaşımı deyil. Dünən Nikolun qızı da özünün “Facebook” səhifəsində pessimist paylaşım etməsi ilə qınaq obyekti olmuşdu. O erməni əsgərləri ilə bağlı xəyallarınının puç olduğunu yazmışdı. Ermənilər isə ağır təhqirlərlə onun statusuna reaksiya verərək Soros qulu olan atasının xəyalları puç etdiyini yazırdılar. DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp