Müstəqil.az saytı 3 yaşını qeyd edir

2017-ci ilin oktyabrın 18-də Müstəqillik günündə fəaliyyətə başlayan portal üç il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

Portalın rəhbəri Cavid Süleymanov bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən iki il ərzində “Musteqil.az ”ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik.

Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köşələr dərc olunur. Hər zaman dövlətçilik prinsiplərindən çıxış edən Musteqil.az çoxsaylı oxucuların etimadını qazanıb.

Həmçinin saytın baş redaktoru Cavid Süleymanov bildirib ki, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”. Onu da qeyd edim ki, “Musteqil.az”-ın qarşısında məqsədlərinə nail olmaq üçün hələ qət ediləsi uzun bir yol var: “Məqsədimiz yalnız ölkə daxilində mövqe qazanmaq deyil. Eyni zamanda portalı Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi işində ciddi informasiya ruporuna çevirməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp