Lerik təhsilinə “krişalıq” edən Aparat Rəhbəri kimdir? –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Redaksiyamıza Lerik rayonundan Elman Zeynalov adlı vətəndaş şikayət məktubu ünvanlayıb. Məztubun məzmunu ilə sizi tanış edirik:

Cənab Prezidentimizin ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizə tədbirlərini dəstəkləyirəm. Müharibə dövrünü fürsət bilən Lerik rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov öz çirkin əməllərini həyata keçirməyə çalışır. Məktəbimizin Hərbi Rəhbəri olmadığı halda hərbi dərsləri müvəqqəti olaraq Qardaşı Qüdrət Əmirova həvalə etmişdir.Direktorun qardaşı Qüdrət Əmirov rus ordusun fəhlə batalyonunda xidmət edib. Halbuki 14 il hərbi dərsləri tədris etmiş Müəllimimiz var.

Direktor bu gərgin dövürlərdədə öz maddiyyatını düşünür. Direktor İlham Əmirovun qanunsuz əməlləri barəsində Təhsil Nazirliyinə dəfələrlə şikayət məktubları göndərilmişdir. Təhsil Nazirliyi  edilən şikayətlərə heç bir cavab verilməmişdir. Edilən şikayətlərə cavab verilməməsinin səbəbi Siyov məktəbinin direktoru İlham Əmirovun arazqırağı yeznəsi Təhsil Nazirliyin Aparat rəhbəridir. Təhsil Nazirliyinin Aparat Rəhbəri Muxtar Məmmədov Siyov məktəbinin direktoru İlham Əmirovun əmisi oğlu Əmirov Rəfail Seydəmir oğlunun yeznəsidir. Rəfail Əmirov hal – hazırda Bakıda yaşasada , əslən Lerikin Siyov kəndindəndir.

Lerik rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov məktəbdə törətdiyi qanunsuz əməlləri barəsində edilən şikayətləri cavabsız qoyması ilə yanaşı  Təhsil Nazirliyinin Aparat Rəhbəri Muxtar Məmmədov həmdə ərazi bütövlüyümüzün bərpası dövründədə direktora yeni qanunsuz əməllərin törətməsinə şərait yaradır. Məktəbin direktoru İlham Əmirov arazqırağı yeznəsi Muxtar Məmmədova arxalanaraq Lerik Təhsil Şöbəsinin Müdiri Zöhrab Salayevə də krişalıq edir. Lerik Təhsil Şöbəsini müdiri və Lerik Həmkarlar komitəsi İlham Əmirovun əsirinə çevrilmişdir.

Təhsil Nazirliyin Aparat Rəhbəri Muxtar Məmmədov tək Lerikin Siyov kəndindəki qohumlarını deyil , Rayonun digər kəndlərindəki qohumlarını təhsil müəssisələrində rəhbər vəzifələrinə təyin edilməsinə şərait yaradır. Muxtar Məmmədov öz qohumlarını təhsil müəssisələrində vəzifələrə təyin etməklə Respublikamızın təhsilini sual(?)  altda saxlayır. Lerik Rayon M. Qafarov adına Siyov kənd tam orta məktəbin direktorun fəaliyyətini əsas tutaraq aparat rəhbərinin məqsədi məlum olur. Məqsəd Regionumuzda təhsilin inkişafı deyil, özünün maddiyatı əsas tutulur.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

DOSYE.ORG

P.S. 2018-ci ildə Lerik Rayon Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov ağır xəstəlik diaqnozları ilə özü üçün pensiya düzəltdirmişdir. Direktoru Təhsil Nazirliyində qoruyan qüvvələr onun bu saxtakar əməllərinə qarşı tədbir görülməsinin qarşısını alır. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp