Koronavirusa yoluxanların sayı 38 milyonu keçdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Dünya miqyasında COVİD-19 diaqnozu qoyulanların sayı 38 milyonu ötüb.

Publika.az xəbər verir ki, hazırda bu rəqəm 38 milyon 43 min 916 nəfər təşkil edir.

Ən çox yoluxma statistikası ABŞ-da qeydə alınıb – 8 milyon 37 min 789 nəfər.





İlk onluqda ABŞ-dan sonra Hindistan (7 milyon 175 min 880), Braziliya (5 milyon 103 min 408), Rusiya (1 milyon 312 min 310), Kolumbiya (919 min 83), İspaniya (918 min 223), Argentina (903 min 730), Peru (851 min 171), Meksika (821 min 45), Fransa (743 min 479) və Cənubi Afrika (693 min 359) tamamlayır.

Qeyd edək ki, Çinin Hubey əyalətinin Uhan şəhərindən dünyaya yayılan koronavirus pandemiyası dünyanın 200 ölkə və bölgəsində mövcuddur. Xəstəlik səbəbilə dünya miqyasında 1 milyon 85 min 375 nəfər dünyasını dəyişib, 28 milyon 606 min 252 nəfər sağalıb. Hazırda 8 milyon 352 min 289 aktiv koronavirus xəstəsi var.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp