“Neftçi”nin sabiq futbolçusunun “Arsenal”a keçməsinə atası icazə verməyib –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,“Neftçi” klubunun sabiq futbolçusu Emil Empenzanın 1997-ci ildə İngiltərə “Arsenal”ına keçidi baş tutmayıb.

“Report” xəbər verir ki, 42 yaşlı sabiq hücumçu bu barədə “Bild” nəşrinə açıqlamasında məlumat verib.

Belçikalı keçmiş forvard bildirib ki, transferə atası icazə verməyib: “1997-ci ildə “Muskron”dan “Standard”a getməmişdən əvvəl “Arsenal”ın baş məşqçisi Arsen Venger evimizə gəldi. O, məni Londona köçmək üçün razı salmaq istəyirdi. Çünki 90-cı illərində sonlarda Tyerri Anri kimi fransalı ulduzlarla heyət qururdu. Ancaq atam o vaxt “Arsenal”a getməyimi istəmədi. Bunun üçün çox gənc olduğumu düşünürdü”.

Qeyd edək ki, Emil Mpenza 2010-2012-ci illərdə “Neftçi”nin formasını geyinib. Belçikalı oyunçu 2007/2008 mövsümündə İngiltərədə “Mançester Siti”də çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp