“Qarabağda ilk konserti özüm verəcəm”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan dost, qardaşdır. Biz türklər hamımız beləyik”.

Publika.az xəbər verir ki, bu sözləri Serdar Ortaç “Muz TV”də yayımlanan verilişdə canlı bağlantıda danışarkən deyib. Verilişin aparıcısı Samir Bayramlı ilə söhbətində musiqiçi Azərbaycanı hər zaman dəstəklədiyini və Qarabağ arzularını dilə gətirib:

“Qarabağ getdi, Azərbaycan 30 il gözlədi, səbr etdi. Beynəlxalq təşkilatlar heç bir iş görmədi. İndiki vəziyyətdə müharibə doğrudur. Yetər! Madam ki, sən danışmağı bacarmırsan, təbii ki, müharibə olacaq. Çünki Qarabağ bizim torpaqdır. İnşallah, müharibə bitər. Təkrar Qarabağ Azərbaycana qayıtsın, azad olunsun, orada ilk konserti özüm verəcəm!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp