Prezident baş naziri göndərdi, hökuməti buraxdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Qırğızıstan hökuməti buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Prezidenti Sooronbay Ceenbekov fərman imzalayıb.

Xəbəri Prezidentin Mətbuat Mərkəzi yayıb. Bildirilib ki, Ceenbekov Baş nazir Kubatbek Boronovun istefa ərizəsini təsdiqləyib. Beləliklə, hökumət də avtomatik olaraq buraxılıb.

Yeni hökumət qurulana qədər müvəqqəti Nazirlər Kabineti işini davam etdirəcək.





Bundan başqa, Ceenbekov digər bir fərmanla Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin (Kəşfiyyat təşkilatı) rəhbəri Orozbek Opumbayevi də vəzifəsindən kənarlaşdırıb.

Ölkədə yeni Baş nazirin seçilməsi üçün 120 mandatlı parlamentin iclası keçirilməlidir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp