Paşinyanı buna məcbur edəcəyik – Politoloq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Paşinyan öz xalqı barəsində düşünürsə, Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxmaq cədvəlini mütləq təqdim etməli və Azərbaycan xalqından üzr istəməlidir.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.

“Həyatda mümkün olmayan heç nə yoxdur. Bizim üçün əlçatmaz görünən, yolverilməz və mümkünsüz kimi qiymətləndirdiyimiz proses birdən reallığa çevrilir. Əslində, Paşinyanın Azərbaycan xalqından üzr istəməsi, ordunun müəyyən zaman kəsiyində hissə-hissə Dağlıq Qarabağ ərazisindən çıxarılması onların xilası üçün göstərilən ilkin yoldur. Bunu dərk etmək üçün yüksək intellektli insan olmaq lazımdır. Bu intellekt Paşinyanda varsa, o, öz xalqı barəsində düşünürsə, mütləq həmin cədvəli təqdim etməli və Azərbaycan xalqından üzr istəməlidir. Belə görünür ki, Paşinyanın nə siyasi intellekti, nə də üzr istəmək niyyəti yoxdur, amma biz onu üzr istəməyə məcbur edəcəyik. Bu məcburiyyət şanlı ordumuzun hücum taktikası nəticəsində torpaqlarımızda erməni qanının tökülməsiylə ifadə olunacaq”, – politoloq qeyd edib.





İ.Vəliyev vurğulayıb ki, Ermənistan tərəfi bu döyüşdən az itki ilə çıxmaq istəyirsə, yeganə çıxış yolu Prezidentimizin təklif etdiyi şərtləri qəbul etməkdir:

“Azərbaycan 27 il ərzində ədalətli mövqe nümayiş etdirdi, münaqişənin sülh yolu ilə həll olunmasını gözlədi, amma heç bir nəticə əldə olunmadı. Odur ki, Ermənistan Azərbaycan Prezidenti tərəfindən səsləndirilən şərtləri yerinə yetirməyənə və beynəlxalq qarantiya olmayana kimi hərbi əməliyyatları dayandırmayacaq. Torpaqlarımız tam azad edilməyənə qədər hərbi əməliyyatların dayandırılmasının heç bir hüquqi əsası yoxdur. Dünyanın çox böyük dövlətlərini təmsil edən siyasi fiqurlar artıq Azərbaycanın öz haqqı uğrunda mübarizə apardığı qənaətindədir. Sadəcə siyasətçilər deyil, Dağlıq Qarabağın ərazisində yaşayan erməni milləti də öz etiraz səsini qaldırmalıdır. Xalq ayağa qalxmalı və Paşinyanın səhv yolda olduğunu, əsassız yerə qurbanlar verildiyini, başqasının torpağına göz dikib hərbi cinayət törətdiyini dövlət başçısına qəbul etdirməlidir. Paşinyan Ermənistan haqqında təcavüzkar dövlət fikri formalaşdırır. Odur ki, Ermənistan tam məğlubiyyətə uğramaq istəmirsə, ordusunu torpaqlarımızdan təcili şəkildə çıxarmalıdır”.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp