Biləsuvarda ağır qəza: “Mercedes” traktorla toqquşdu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Biləsuvar rayonunda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub.

 

Bu, sürücü, Lerik rayonun Nuravud kənd sakini, 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğludur.

 

***

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“BakuPost” xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Həmçinin minik avtomobilinin bir neçə sərnişini ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp