Qubanın kəndində daha bir yanğın

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünən Qubanın yanğın olan Dəlləkli kəndində bu gün də yanğın baş verib.

Bu dəfə kənd sakini Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.





Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev də hadisə yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Dəlləkli kəndində 4 yanğın olub. Kənd sakinlərinə məxsus ot tayaları və tövlələr yandırılıb. (qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp