Bayden qalib gəlsə, hədəf Rusiya olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,“ABŞ Prezidenti Donald Trampın seçkilərdə rəqibi olan demokratlardan namizəd Co Baydenin qalib gələcəyi halda “neoliberal-Troçkiçi koalisiyası” Vaşinqtonda hakimiyyətə gələcək. Bu koalisiyanın ilk hücum hədəfi isə Rusiya olacaq”.

Publika.az xəbər verir ki, bu fikirləri Rus senator Aleksey Puşkov söyləyib.

“Əgər bu koalisiya ABŞ-da hakimiyyəti ələ keçirsə, öz dəyərlərini və ideallarını dünyanın böyük hissəsi üçün tətbiq etmək üçün hərəkətə keçəcək”, Puşkov qeyd edib.





Bu koalisiyanın Corc Soros tərəfindən maliyyələşdirildiyini bildirən Puşkov bu səbəbdən də ilk hücum hədəfinin Rusiya olacağını vurğulayıb.

O, Trampın yenidən seçkilərdə qalib gələcəyi təqdirdə müxalifətin öz məğlubiyyətini qəbul etməyəcəyini bildirib.

Akqabay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp