Londonda Yeni il şənlikləri qadağan edildi –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Londonda yeni növ koronavirus pandemiyası səbəbindən bu il yeni il şənlikləri keçirilməyəcək.

“Dosye.org” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər meri Sadiq Xan LBC radiosuna açıqlamasında deyib:

“Əvvəlki illərin əksinə olaraq bu il Yeni il gecəsi atəşfəşanlıq olmayacaq. Insanların evlərində rahat və təhlükəsiz şəkildə əylənməsi üçün televiziya proqramı hazırlayırıq. Şəhərdə heç bir tədbir olmayacaq. İnsanların bura gəlməsinə səbəb olacaq mərasimlərdən çəkinməliyik”.

Qeyd edək ki, son bir həftə ərzində Londonda koronavirusa yoluxma sayı 1000-dən 4000-ə yüksəlib.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp