“Mənə 13 600 manat ziyan dəyib” –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Muxtaroğlu-VM MMC şirkəti sürücülərə saxta mal satışında ittiham olunur.

Şamaxı rayon sakini Sadiq Mahmudov Qaynarinfo-ya şikayətində bildirib ki, sözü gedən şirkət ona Almaniya istehsalı adı altında saxta mal satıb və buna görə 13 min 600 manat ziyana düşüb:

“99-FV-699 seriya nömrəli BMW X-6 markalı avtomobilin sahibiyəm. Sonuncu dəfə maşının yağını avqustun 3-də Sumqayıta gedən yolda dəyişdim. Mərdəkana çatanda maşının mühərriki saradan çıxdı. Maşını saxlayıb ustaya zəng etdim. Usta maşını evakuatora qoyub onun yanına aparmağımı istədi. Maşına baxış keçirildi, məlum oldu ki, mühərrik yanıb. Usta mənə filterin saxta olduğunu dedi. Mən ustanın yanından filteri satan şəxsə – Qəzənfərə zəng etdim. Qəzənfər dəral hadisə yerinə gəlib maşına baxış keçirəndən sonra Muxtaroğlu-VM MMC şirkətinin rəhbəri Vüqarla telefon əlaqəsi yaratdı. Şirkət yenidən hadisə yerinə Babək adlı nümayəndəsini göndərdi. Aparılan yoxlamalardan sonra Babək şirkətin rəhbəri ilə əlaqə saxladı və olanları ona danışdı. Bundan sonra Babək mənə dedi: “Şirkət olaraq sizə 3-4 min köməklik edə bilərik”. Razı olmadım.

Sadiq Mahmudov qeyd edib ki, onun idarə etdiyi  99-FV-699 seriya nömrəli BMW X-6 markalı avtomobilin mühərrikinin qiyməti 30 min dollardan yuxarıdır:

“Köhnəsi isə Moskvada 6 min, üstəlik də usta pulu. Şirkət məni hardasa 13 min 600 manat ziyana salıb. Bundan sonra şirkətin nümayəndəsi dedi: “Biz sizə ancaq bu qədər yardım edə bilərik. Nə bilirsən elə, hər halda biz də böyük şirkətik”.

Sadiq Mahmudov məsələni hüquq müstəvisində araşdırlmasını istəyir:

“Prezident Aparatı, Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Prokurorluğa müraciət etmişəm. Tələbim mənə dəyən ziyanın ödənilməsidir. Bundan əlavə Çin istehsalı olan yağın Almaniya istehsalı kimi satışa buraxılmasıdır. Sürücüləri aldadırlar, onlara Almaniya istehsalı adı ilə saxta və keyfiyyətsiz mal satırlar. Xahiş edirəm ki, hüquq-mühafizə orqanları bunun qarşısını alsınlar”.

Qeyd edək ki, şirkətin rəsmi saytında yazıldığına görə, “Muxtaroğlu-VM” MMC şirkəti 2004-cü ildən Azərbaycanda öz fəaliyyətinə başlayıb. Sudcheimer Car Technike-Vetriebs GmbH şirkəti 3000 çeşidi öz tərkibində birləşdirir: fərqli növlərdə mühərrik yağları, yağlama maddələri, vasitə-baxım məhsullarını və digər məhsulları qeydiyyatdan keçmiş MANNOL markası adı altında təqdim edir.

Saytda şirkətin Baş direktoru kimi Elnarə Əliyeva qeyd olunub.

 

Bahar Rüstəmli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp