İşğal olunmuş torpaqlar İran üçün qırmızı xəttdir – Səfir –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bir məsələni açıq şəkildə sizə deyim: Bilirsiniz ki, İranın torpaqları bir müddət işğal altında qalıb. Heç bir qeyrətli xalq işğalı qəbul etmir. Mən özüm 14 yaşında idim. Mənim qeyrətim yol vermədi və bizim ölkəmizi işğal edən ölkə ilə müharibəyə getdim. Buna görə də işğal və işğal olunmuş torpaqlar İran üçün qırmızı xəttdir. İran İslam Respublikasının hansısa şirkəti, hansasa yük maşını, Ermənistana səfər edibsə də, onun Dağlıq Qarabağa səfər etməsinə heç bir haqqı yoxdur.

Bunu İranın işğal olunmuş Azərbaycan torpaqlarında qurulan qondarma Dağlıq Qarabağ rejimi ilə əlaqələrinin olmasına, Dağlıq Qarabağa TIR-larla yük daşınmasına dair məsələ barədə Teleqraf.com-un sualını cavablandıran İran səfiri Seyid Abbas Musəvi bildirib.

Səfir daha sonra deyib:
“Sosial şəbəkədə yayılan videolarla əlaqədar onu deyim ki, mən də səfir təyin olunmazdan qabaq sizinlə həmkar idim. Siz buna ehtiyatla yanaşın. İranlılar yaxşı bilirlər ki, heç bir halda Dağlıq Qarabağla əlaqələrə malik ola bilməzlər. Bizim üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çox önəmlidir. Biz bunu Azərbaycanın haqqı hesab edirik ki, sülh yolu və beynəlxalq qanunlar yolu ilə öz torpaqlarını işğaldan azad etsin. İran bundan əvvəl də bəyan etdiyi kimi bu münaqişənin həlli üçün köməklik göstərməyə hazırdır. Əgər hər iki tərəf istəsə, bizim bu münaqişənin həlli üçün çox yaxşı layihələrimiz var. Çünki regionun daha bu münaqişələri çəkməyə taqəti yoxdur. Amma bu elə olmalıdır ki, Azərbaycan öz haqqını əldə etsin”.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp