“Zakir Fərəcov hər ayın əvvəli xaricə niyə gedir?”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tanınmış ictimai-siyasi xadim, “Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş, Azərbaycan diaspor hərəkatının tanınmış nümayəndələrindən olan Mirkazım Seyidovun ölkə mediasına verdiyi sonuncu müsahibə ciddi müzakirələrə yol açıb.

O, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nin prezidenti Ramiz Mehdiyevi bir neçə il bundan öncə ölkə rəhbərliyinə qarşı təxribat törtəməkdə ittiham edir. Və bütün bunları faktlarla sübut edə biləcəyini bildirir.

Cəmiyyətdə M.Seyidovun bu fikirlərinə müxtəlif yanaşmalar oldu. Elə buna görə də, M.Seyidov redaksiyamızla əlaqə saxlayaraq daha ciddi faktlar açıqlayacağını bildirdi. Onunla yenidən müsahibə hazırlamalı olduq.

O müsahibədə bildirir ki, R.Mehdiyevin böyük şəbəkəsi var və bu şəbəkəyə daxil olan məmurlar hələ də yüksək vəzifələrdə işləyirlər. Xüssusilə də, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu müxtəlif özbaşınalıqlar həyata keçirməkdə ittiham edir.(Azsiyasət.com)

Videomüsahibəni təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp