Oqtay Şirəliyev COVID-19-la bağlı ÇIXIŞ ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Bu gün ÜST-ün Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb.

Səhiyyə Nazirliyindən Publika.az-a bildirilib ki, tədbirdə Azərbaycanı Səhiyyə naziri Oqtay Şirəliyev təmsil edir və o, ölkənin COVID-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.

Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Komitəsinin sessiyası bu il 14-15 sentyabr tarixində virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır.





Bu komitədə qəbul olunan qərarlar ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.

Komitənin sessiyası 15 sentyabr 16:00-da yekunlaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp