Erməni hərbçilərin məlumatları ələ keçirildi –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanlı hakerlərin Qarabağ ermənilərinin sosial şəbəkə profillərini dağıtdığı bildirilib.

Bu iddianı erməni mediası qondarma qurum “rəsmi”lərinə istinadla yayıb.

Qeyd edilir ki, azərbaycanlı hakerlər çoxsaylı Qarabağ ermənisinin şəxsi foto və məlumatlarını ələ keçiriblər.

Hücum edən haker qrupunun Azərbaycanın xüsusi xidmət orqanlarına aid olduğu iddia edilib. Çünki şəxsi məlumat və fotoları ələ keçirilənlərin böyük əksəriyyətinin hərbçilər olduğuna diqqət çəkilib. Belə ki, Ermənistan hakimiyyəti erməni hərbçilərə diqqətli olmaq və şəxsi məlumatları qorumaq çağırışı edib.(axar.az)

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp