Azərbaycanın İsveçdəki diplomatları geri çağırılıb?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İsveçdəki diplomatlarının geri çağırılması ilə bağlı məlumata münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.

“Bəzi KİV-də Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”, – XİN rəsmisi əlavə edib.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp