COVID-19 ilə bağlı daha bir VACİB ADDIM: kütləvi istehsala başlanır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Cənubi Koreya yeni tip koronavirusun müalicəsində istifadə ediləcək antitel preparatlarının bu ay ərzində kütləvi istehsalına keçməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin vitse-prezidenti Kvon Yun-Vuk Səhiyyə Nazirliyinin antitel müalicəsi ilə bağlı dərmanların kliniki testlərini dəyərləndirdiyini, sentyabr ayı ərzində bu dərmanların kütləvi istehsalına başlanılacağını planlaşdırdığını bildirib.





Qeyd edək ki, Cənubi Koreyada bu günədək 21 min 432 nəfər koronavirusa yoluxub. 16 min 636 nəfər sağalıb, 341 nəfər ölüb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp