Bakıda özünü məktəbin pəncərəsindən atan qızla bağlı YENİ XƏBƏR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sentyabrın 7-də saat 09 radələrində Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9-cu (b) sinif şagirdi Solmaz Hacıyevanın məktəbin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmb.

Binəqədi rayon prokurorluğundan Publika.az-a bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.





Hazırda Solmaz Hacıyeva stasionara yerləşdirilməklə onun səmərəli müalicəsi üçün zəruri tədbirlərin görülməsi təmin edilir.

Təhsil Nazirliyi ilə əlaqəli şəkildə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə peşəkar mütəxəssislər cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp