8 ayda sosial təminat üzrə nə qədər vəsait ödənilib?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, 8 ayda sosial təminat növləri üzrə ötən ilin eyni dövrünə nisbətən 782,7 mln. manat çox olmaqla 3,8 mlrd. manatdan artıq vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 mlrd. manatdan çox vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7% və ya 782,7 mln. manat çoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp