Messi bu kluba keçir – 200 milyon avro qarşılığında (YENİLƏNDİ)

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, İspaniya “Barselona”sının futbolçusu Lionel Messi karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə bilər.

Bu barədə Argentinanın “Nacion” qəzeti idmançının ətrafındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 33 yaşlı hücumçu keçidi rəsmiləşdirmək üçün “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə danışacaq.





Jurnalist Tankred Palmerin verdiyi məlumata görə, “Mançester Siti” futbol klubu Lionel Messi üçün 200 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp