Lavrovdan QARABAĞ AÇIQLAMASI: “İlk cəhdən olmasa da…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların mümkün qədər tez bərpa olunması üzərində işləyir.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində deyib.

S.Lavrov bildirib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunmasını gözləyirik. Bunun üzərində ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”.





Nazirin qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərib:

“ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu müddət ərzində iki ölkənin xarici işlər orqanlarının rəhbərliyi ilə birbaşa təmasda olub. Nəticədə Rusiyanin fəal vasitəçiliyi ilə, ilk cəhdən olmasa da, 16 iyul tarixindən atəşkəs əldə edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp