Azərbaycan əsilli aktyor yüksək mükafatla təltif edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Azərbaycan əsilli fransız aktyor, rejissor və ssenarist Robert Hossein Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.

Publika.az xəbər verir ki, pandemiyaya görə Robert Hosseinin mükafatının təqdimatı onun hazırda yaşadığı Vittel kommunasında təşkil edilmiş rəmzi mərasimdə təqdim olunub.





Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan 92 yaşlı R.Hossein 20-dən çox böyük tamaşanın müəllifidir. Onun 1978-ci ildə Fransa paytaxtının İdman Sarayında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb. Bu tamaşa 580 mindən çox izləyici toplayıb.

Kiyev Beynəlxalq Molodist Film Festivalı Ukraynanın ən mühüm festivallarından biri hesab olunur. 1970-ci ildən fəaliyyət göstərən bu festivalda qısa və uzun metrajlı, eləcə də tələbə filmlərinin premyerası təqdim olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp