Arıqlama prosesində aclıq hissi olmalıdırmı?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Aclıq adətən azkalorili pəhriz zamanı olur – bəs onda nə baş verir? Orqanizm piydən əlavə çoxlu əzələ itirir. Daha sonra orqanizm metabolizmi minimuma endirir, arıqlama dayanır. Bundan əlavə çox aclıq ilə müşahidə olunan pəhrizlər zamanı qrelin və leptin hormonların işi pozulur, pəhrizdən sonra iştahınızı kontrol edə bilmirsiniz”.

Publika.az xəbər verir ki, bu sözləri dietoloq Nərgiz Nəzirova deyib. Mütəxəssis bildirib ki, vitamin, aminturşular, mikroelementlərin çatmamazlığı dırnaq, saç qırılmasına və qırışlara səbəb olur.

“Altıdan sonra yeməmək və yuxudan öncə aclıq ilə mübarizə etmək sizi kontrolsuz iştaha gətirəcək. Çalışın yuxudan 3 saat öncə yeyəsiniz. Bir çoxları aclıqla iştahı səhf salır, hesab edirlər ki, pəhriz zamanı aclıq normaldır. Amma aclıq yalnız maddələr mübadiləsini ləngidir, düzgün ərzaqları seçsəniz aclıq da olmayacaq” , – dietoloq sözlərinə əlavə edib.

Dietoloq aclıq hissinin yaranma səbəbləri arasında stressin də rolu olduğunu qeyd edib:





“Gün ərzində nə qədər yemək yesək də qısa bir müddət sonra təkrardan aclıq hiss ediriksə bunun altında yatan bəzi səbəblər var. Davamlı olaraq aclıq hiss etmənin səbəbi zamansız qidalanma və yanlış həyat tərzimizdir.

Yetərli dərəcədə yağ qəbul etmiriksə bu da aclıq hissinin tez bir zamanda yüksəlməsinə gətirib çıxara bilər. Kifayət qədər yatmırıqsa, bu da aclıq hissini gün ərzində bizimlə birlikdə olmasına gətirib çıxarır. Yüksək lifli qidalardan qida rasionumuza əlavə etsək, aclıq hissini bizə unutdurmaqda əhəmiyyətli dərəcədə təsir göstərəcək. Aclıq hissini artıran bir digər amil də çox stressli olmaqdır”.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp