“Hər kəs şəxsi namus qavrayışını dəyişdirsin”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Aktrisa Tuvana Türkay aktyor Selçuk Yöntemlə fotosunu paylaşdıqdan sonra onunla sevgili olması barədə yayılan iddialara cavab verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nişantaşında restorandan çıxarkən görüntülənən aktrisa jurnalistlərin suallarını cavablandırıb.

O, Selçuk Yöntemlə sevgili olmadığını bildirib: “Selçuk abi çox gözəl açıqladı. Çünki narahat oldum. Bu vəziyyəti insanların xəstə düşüncələri ilə əlaqələndirirəm. Həyatımda heç nəyi kiməsə görə qərarlaşdırmıram. Hər kəs ağlını və şəxsi namus qavrayışını dəyişdirsin. Hər yazılana cavab verməliyik? İnsanların minbir dərdi var. İki gündür böyrək qumu tökürəm. Yıldız Tilbenin gözəl bir sözü var. Deyir, hər kəs namusludursa, kimsə kimsənin burnuna baxmasın” , – aktrisa açıqlamasında bildirib.





Müğənniliyə başlayan məşhur daha sonra sevgilisi olmamasından şikayətlənib: “Həyatımda heç kim yoxdur. Olması üçün əlimdən gələni edirəm, amma olmur. Həyat tərzimə uyğun birinin məni tapması üçün dua edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp